“WUF13 şəhərsalmada sosial icmaların və QHT-lərin rolunu önə çıxardı” - Anar Quliyev

 13:28 22.05.2026     355

“Platform sosial icmaların da çox önəmli olduğunu bizə göstərdi. QHT-lərin burada olan tədbirlərində də gördük ki, şəhərsalmada onların önəmi çox böyükdür. Birlikdə şəhərsalmanı inkişaf etdirmək üçün çağırış etdik”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Dünya Şəhər Forumunun (WUF13) milli koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi qapanış mətbuat konfransında deyib.

“Təxminən 97 fərqli tədbir keçirdik. Pavilyonlarda hər bir ölkə 30-dan çox tədbir keçirərək özünü təmsil etdi. Bütün ölkəboyu deyil, bütün dünyaya mesajlar verməyə çalışdıq. Könüllülərin sayı və iştirakları gəncliyin nə qədər dinamik olduğunu bizə göstərdi. Gündəmə yeni nəfəs olacaq tədbirdə olduğumuzdan çox qürur duyduq. Yaşıl infrastrukturu ən önəmli nöqtələrdən biri olaraq seçdik”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən