"Milli Məclis onlara maaş verməlidir" - Deputatdan TƏKLİF

 14:08 26.05.2026     1999

“Hər qanun həm də dil faktorudur. Qanunların adı dəqiq olmalıdır".

Redaktor.az-ın məlumatına görə, bunu parlamentin bugünkü plenar iclasında deputat Səyyad Aran deyib.

"Mikro, kiçik və orta sahibkarlıq nə deməkdir? Mikro elə kiçikdir. Bu sözləri yazanda, görəsən, nəyi nəzərdə tuturlar? Bizə bu qanunları nəzərdən keçirmək üçün istedadlı dilçi, hüquqşünas və iqtisadçı lazımdır. Milli Məclis onlara maaş verməlidir. Bu qanunları mütləq həmin adamlara göndərib, öz sahələri üzrə düzəlişlər etdirməliyik”, - deyə o bildirib.

 

Vumart və Güvən reklamı Vumart Güvən