Deputat Trampın məktubundan DANIŞDI

 11:33 05.06.2026     961

"Bir neçə gün öncə ABŞ Prezidenti tərəfindən öz xətti ilə yazılaraq Azərbaycan dövlət başçısına ünvanlanmış səmimi müraciəti yayıldı. Aydındır ki, bu sadəcə diplomatik etiket deyil, çünki, Tramp siyasi karyerası boyu yalnız qətiyyətli, öz milli maraqlarını qoruyan və real nəticə göstərən liderlərə xüsusi rəğbət bəslədiyini gizlətməyib".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov dedi.

Onun sözlərinə görə, dünyanın ərazicə ikinci böyük dövlətinin – Kanadanın rəhbərinə qubernator deməkdən çəkinməyən ABŞ Prezidentinin cənab İlham Əliyev barədə müsbət qeydləri yalnız müstəqil iradə sahibi olan güclü dövlət rəhbəri faktoruna əsaslanır:

"Tramp haqlı olaraq cənab İlham Əliyevə mürəkkəb bir regionda geosiyasi balansları ustalıqla idarə edən, qlobal arenada diktə edə bilən, sarsılmaz iradəyə malik bir strateq kimi baxır. Bilirsiz ki, cənab Trampın "America First" doktrinası digər dövlətlərin də müstəqil siyasət yürütməsinə hörmətlə yanaşmanı təmin edir. Bu qiymətləndirmə də göstərir ki, Tramp üçün cənab İlham Əliyev böyük güclərin toqquşma nöqtəsində tamamilə müstəqil, yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edən, "böyük oyunçuların iradəsinə qarşı öz oyununu quran" dahi bir dövlət xadimidir.  Sirr deyil ki, Trampın yanaşması həmişə "böyük sövdələşmələr" və real iqtisadi-strateji faydalar üzərində qurulub. Bu mənada ABŞ Prezidentinin  jesti həm də əslində Azərbaycanın Avropanın enerji  və ticarət xəritəsini dəyişdirən layihələri fonunda cənab İlham Əliyevi regionda yeni reallıqlar və iqtisadi inteqrasiya imkanları yaradan "böyük güc" kimi tanınmasının rəsmi etirafıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən