"Televiziyaları açanda görürük ki..." - Siyavuş Novruzov
"Azərbaycanda işğaldan azad olunmuş ərazilərimizdə ən yüksək səviyyədə inşa edilmiş mənzillərə vətəndaşlarımız köçürülür. Hər gün bu barədə məlumatlar eşidirik. Xatırlayıram ki, 44 günlük Vətən müharibəsi dövründə cənab Prezident, Ali Baş Komandan hər gün çıxışlarında hansı kəndlərin, hansı şəhərlərin azad olunmasının müjdəsini verirdi".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov dedi.
O vurğuladı ki, bu gün isə televiziyaları açanda görürük ki, hər gün nə qədər vətəndaşımız rahat və təhlükəsiz həyat şəraitinə qovuşur:
"Bu da dövlətin, Prezidentin liderliyinin, apardığı siyasətin və xalqına göstərdiyi xidmətin nəticəsidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət dünya miqyasında da diqqətlə izlənilir. Dostlarımız bu uğurları yüksək qiymətləndirir, düşmənlərimiz isə müxtəlif maneələr yaratmağa çalışırlar. Lakin ədalətli işin qarşısını almaq mümkün deyil. Bu gün Azərbaycan ədalət simvolu kimi çıxış edir, beynəlxalq hüquqa, dünya qanunvericiliyinə, BMT Nizamnaməsinin prinsiplərinə və beynəlxalq öhdəliklərə hörmət nümayiş etdirən bir ölkə kimi tanınır. Hesab edirəm ki, bir çox ölkələr Azərbaycanın bu təcrübəsindən faydalana və ondan öyrənə bilərlər".
NURİYYƏ













