"Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın kibertəhlükəsizlik imkanlarını gücləndirəcək"

 11:43 05.06.2026     268

"Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması haqqında sənəd imzalanıb. Həmin sənəd ölkəmizdə kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi, dövlət nəzarətinin səmərəliliyinin artırılması və rəqəmsal təhlükəsizliyin daha etibarlı təmin olunması istiqamətində mühüm əhəmiyyət daşıyan fərmandır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev dedi.

Onun sözlərinə görə, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi və ya fiziki təhlükələrlə məhdudlaşmır:

"Dövlətin, iqtisadiyyatın, cəmiyyətin fəaliyyəti getdikcə daha çox rəqəmsal texnologiyalardan asılı hala gəlir. Bu isə kiber məkanda yaranan riskləri və təhdidləri milli təhlükəsizliyin əsas məsələlərindən birinə çevirir. Artıq bizim həyatımızın tərkib hissəsinə, tərkib hissəsi olaraq kibertəhlükəsizlik, kibervətən, kibersuverenlik, kibersərhədlər kimi terminlər daxil olmaqdadır. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın kibertəhlükəsizlik sahəsində institusional imkanlarını daha da gücləndirəcək, dövlət informasiya sistemlərinin, infrastrukturunun qorunmasını təmin edəcək. Kibercinayətkarlığa və kiberhücumlara mübarizədə fəaliyyətini daha da effektiv koordinasiyasına şərait yaradacaqdır. Bu addım eyni zamanda dövlət qurumları arasında da əməkdaşlığın genişlənməsinə və təcrübə mübadiləsinin intensivləşməsinə xidmət edəcəkdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən