"Biz o vaxt müəllimdən qorxurduq" - Aida Eyvazova
“Uşaqlara milli kimliyi necə qorumalı olduqlarını öyrətməliyik. Kitab oxumurlar, hamısı telefondadır. Ədəbiyyat insanı formalaşdırır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə AzTV-nin Xəbərlər departamentinin redaktoru, yazıçı və publisist Aida Eyvazova qeyd etdi.
“Biz o vaxt müəllimdən qorxurduq. Adi uşağa “cız, əlini yandırar” deyəndə, ikinci dəfə əlini vurmur. Uşaqlara qorxu və hörmət aşılamalıyıq. Müəllimlərə hörmət qaydaları aşılanmalıdır. Məktəb direktorları deyirlər ki, uşaqların əksəriyyəti tək böyüyür. Ya ana yoxdur, ya da ata. Bütün gücü məktəbə və müəllimlərə verməliyik. Olmaz deyəsən ki, müəllim uşağa əl vursun. Nə vaxta qədər müəllimi aşağılayacağıq? Cəmiyyət yüksəlməyəcək”.
Aytəkin TOFİQQIZI













