Sahibkar müxtəlif qurumların qapısını döyməyə məcburdur - Razi Nurullayev
"Sahibkarlığın və özəl sektorun inkişafı baxımından Cinayət Məcəlləsinin 208-ci maddəsinin - xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması maddəsinin ləğvi mühüm hadisədir. Biz hesab edirik ki, yalnız hüquq müstəvisində aparılan, sahibkarın onsuz da çətin xarici tərəfdaşlarla işləyiş, logistik əngəlləri dəf edib yerli bazara daxil olur. Bəzən vəsaiti xaricdə saxlamaq məcburiyyətində qalır ki, növbəti öhdəliklərini yerinə yetirmək üçün. Belə vəziyyətdə hər bir gecikməni və hər bir fəaliyyət hərəkətini dərhal cinayət müstəvisinə çəkmək sahibkarların riskini artırırdı, onun gəlir və azadlığını məhdudlaşdırırdı".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
Onun sözlərinə görə, dövlət orqanlarında sahibkarlığın inkişafı üçün ciddi addımlar atılsa da, bir çox problemlər isə qalmaqdadır:
"Vergi inzibatçılığının sadələşdirilməsini, biznesə münasibətdə elektron xidmətlərin kağız üzərində olsa da genişləndirilməsini, qeyri-neft ixracının təşkilini, KOB-lara dəstək mexanizmlərini və kənd təsərrüfatının inkişafı ilə bağlı altı milyardlıq proqramın da qəbul edilməsini müsbət qiymətləndiririk. Bununla bağlı deməliyik ki, sahibkar hələ də xeyli problemlərlə üz-üzə qalmaqdadır. Bank kreditlərinə çıxış çətindir, faizlər yüksək, girov tələbləri ağırdır. Bəzi yoxlamalar və icazə prosedurları biznes üçün əlavə yük yaradır. Mülkiyyət müdafiəsinə inam hər zaman yetərli deyil. Region sahibkarı ilə paytaxt sahibkarının imkanları da eyni dərəcədə deyil.
Təcrübədən görürük ki, sahibkarlığın inkişafı üçün yalnız cəza mexanizmlərini yumşaltmaq kifayət etmir. Biznes obyektlərinin yaradılması və genişləndirilməsi zamanı sənədləşmə prosesi hələ də şəffaf və sürətli deyil. "Bir pəncərə" sistemi formal olaraq mövcuddur, amma sahibkar yenə də müxtəlif qurumların qapısını döyməlidir. Torpaq sahəsinin çıxarılışı, təyinatı, tikinti icazəsi, kommunikasiya xətlərinə qoşulma kimi əməliyyatlar bəzən aylarla, hətta illərlə uzanır. Sahibkar öz işini qanun çərçivəsində qurmaq istəyir, iş yerləri yaratmaq istəyir, amma həmənki qanun qarşısında maneəyə çevrilir. Maneələr də sahibkarda real dəstək istəyirsə, sənədləşmə prosesi tam rəqəmsallaşmalı və hər bir məmurun məsuliyyəti aydın müəyyən edilməlidir".
NURİYYƏ













