"Onlar mütləq ifşa olunacaq" - Deputat yeni qanundan DANIŞDI

 12:37 02.07.2026     593

Milli Məclisin son iclasında qərar qəbul edildi ki, qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual mühitdə sosial şəbəkələrdən istifadə etməklə törədən şəxslər 4 ilədək azadlıqdan məhrum ediləcəklər. Deputat Fazil Mustafa qərarla bağlı bildirib ki, qumar oyunları insanları həm də intihara sürükləyir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Aydın Mirzəzadə bildirdi ki, parlament çox ciddi əhəmiyyət daşıyan məsələ ilə bağlı qərar qəbul edib.

"Təəssüf ki, bu gün sosial şəbəkələrdən bəzi hallarda cinayət məqsədləri üçün istifadə edilir. Cinayətkarlar gənclərin təcrübəsizliyindən və insanların etimadından istifadə edərək onların əmlakını və vəsaitini ələ keçirməyə çalışırlar. Lakin onlar unudurlar ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının təhlükəsizliyini və əmin-amanlığını qoruyur. Sosial şəbəkələr vasitəsilə cinayət törətməyə cəhd edən hər kəs qarşısında dövlətin hüquq-mühafizə sistemini görəcək. Bu sahədə hüquqi mexanizmlər mövcud idi, lakin qəbul edilən dəyişikliklərlə məsuliyyət daha da sərtləşdirilib. Bu yola əl atanlar bilməlidirlər ki, onlar mütləq ifşa olunacaq və törətdikləri əməllərə görə qanunvericilikdə nəzərdə tutulan ciddi məsuliyyətə cəlb ediləcəklər", - deyə millət vəkili yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən