“Bu gün Azərbaycan tarixində bir ilk yaşanır” - Ravil Tağıyev

 10:08 03.07.2026     573

“Bu gün Azərbaycan tarixində bir ilk yaşanır”.

Redaktor.az xəbər verir ki, bu sözləri Beynəlxalq, Türkdilli və Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresində Yeni Klinikanın direktor müavini Ravil Tağıyev dedi.

Onun sözlərinə görə, Azərbaycanda indiyədək tibbin müxtəlif ixtisas sahələri üzrə çoxsaylı uğurlu tədbirlər və konfranslar keçirilib.

“Bəlkə də 40-dan çox ixtisas sahəsi üzrə tədbirlər təşkil olunub. Lakin səhiyyə idarəçiliyi ilə bağlı beynəlxalq tədbir ilk dəfədir keçirilir. Bu baxımdan bugünkü gün əlamətdardır.

Bu gün və sabah – iyulun 3-4-də I Türkdilli, I Xəzəryanı və I Beynəlxalq Səhiyyə Menecmenti Konqresi keçirilir. Tədbiri əlamətdar edən məqamlardan biri də 10 ölkənin nümayəndələrinin burada iştirak etməsidir. Konqresdə ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, qardaş ölkələr olan Qazaxıstan və Özbəkistan da daxil olmaqla müxtəlif ölkələrdən nümayəndələr iştirak edirlər.

Düşünürük ki, səhiyyə idarəçiliyinə maraq göstərən, bu sahənin inkişafını düşünən hər kəs bu tədbirdən faydalana bilər”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən