"İnsanların ucuz məhsula üz tutmasının səbəbi budur" - İltizam Yusifoğlu

 11:43 13.07.2026     408

“Olduqca dəyərli mövzudur. İlk öncə boz məsələlərə keçməmişdən öncə bir məqama toxunacam. Bizim hər birimiz avtomobilçiyik. 25 ildir "Toyota" istifadə edirəm. Bundan sonra dəyişmək fikrim də yoxdur. Məsələ həm təhlükəsizlik həm etibardan ibarətdir. Burada çox məqam var. Müştəri məmnunluğu da var. Bu da insanlarımızın rahatlığına gəlib çıxır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri İltizam Yusifoğlu “Toyota Qafqaz” və avtosfer.az-ın tərəfdaşlığı ilə keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı konfransda səsləndirdi.

“İstər avtomobil istər hissələrin alışında əsas məqam qiymət olur. Bəzən görürsən ki, yaxşı iş görə bilməyən şirkət də tender qalibi olur. Demək əsas məqam qiymətdir. Toyotanın 60 dan çox şirkəti var. O isə ehtiyyat hissələrini müəyyən yerlərə verir. 

Biz hansısa sahibkara nəyisə gətirmə deyə bilmərik. Çinlə isə çox gözəl münasibətlərimiz var. Məsələnin əsas həlli qiynət siyasətidir. İnsan harda ucuz varsa, ora gedir. Bu siyasəti dəyişmək lazımdır. Düşünürəm ki, bunu həll edəcəyik”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən