"VIN nömrənizi yoxlayın, avtomobiliniz risk altında ola bilər" - Sürücülərə XƏBƏRDARLIQ!
“Takata şirkəti avtomobil sənayesi üçün təhlükəsizlik kəmərləri, hava yastıqları və digər hissələr istehsal edən nəhəng bir şirkət idi. Şirkət, istehsal etdiyi qüsurlu hava yastıqları səbəbiylə tarixə düşən ən böyük avtomobil təhlükəsizliyi qalmaqalının mərkəzi olub”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Toyota” Qafqaz şirkətinin Azərbaycan üzrə nümayəndəsi Sabir Kazımzadə “Toyota Qafqaz” və avtosfer.az-ın tərəfdaşlığı ilə keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı konfransda dedi.
“Toyota ilə birlikdə 19 fərqli avtomobil istehsalçıları Tokota şirkətinin yastıqlarından istifadə edirdi. Toyota hələ də bu avtomobilləri axtarır ki, hava yastığlarını dəyişsin.
Təhlükəslik yastığı nədir? Burada bir sıra komponentlər birlikdə çalışır. Hər bir komponent düzgün olmalıdır. İlk öncə qəza zamanı sensorlar qəzanı aşkar edir. Siqnaııar idarəetmə blokuna daxil olur və hava yastığına siqnal göndərilir. Şirkət Takada problemləri ilə üzləşənlər üçün sayt yaradıb. Avtomobilin van nömrəsini yazaraq avtomobilinizi burada iştirak edib etmədiyini bilərsiniz. Problem varsa, sizə bildiriləcək”.
Aytəkin TOFİQQIZI













