Azərbaycanda avtomobillər niyə yanır? - Mütəxəssis səbəbi AÇIQLADI
“Azərbaycanda Takatadan kimsə zərər görüb ya yox bilmirik. Çünki qəzalar sona qədər araşdırılmır. Deyirlər aparılacaq, amma aparılmır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri ixtisasca mühəndis-layihəçi olan Elçin Abbasov “Toyota Qafqaz” və avtosfer.az-ın tərəfdaşlığı ilə keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı konfransda səsləndirdi.
“Deyirlər ki, avtomobil idarəetməni itirdi. Bəs niyə? Ataşdırılma aparılmır. Araşdırılma aparılsa, çox yaxşı olar. Avtomobillər yanır səbəb bilinmir. Bir dəfə yanan avtomobili araşdırdım gördüm ki, adicə bir lampadan yanıb. Azərbaycanda avromobillərdə yanmanın bir səbəbi də duman ışıqlarından düzgün istifadə olunamasıdır. Ondan istifadə müddəti azdır. Bunu isə səhərdən axşama qədər istifadə edirlər”.
Aytəkin TOFİQQIZI













