Deputat internet mediasına çağırış etdi: Dövlət dilinin qaydalarına əməl olunmalıdır

 13:22 13.07.2026     500

"Azərbaycan Respublikasında dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, həmçinin şəhərdə fəaliyyət göstərən digər dövlət orqanları tərəfindən də bu işin təkmilləşdirilməsi vacibdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Sahib Alıyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən səsləndirdi.

O vurğuladı ki, qanun layihəsinin 14-cü maddəsində ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, xüsusilə internet informasiya ehtiyatlarında Azərbaycan dilinin normalarının qorunması, ifadələrin düzgün yazılması ilə bağlı müddəalar əksini tapıb.

"İnternet saytlarında, bildiyimiz kimi, mətnlər yazı şəklində saxlanılır. Yazılar isə simvollardan ibarətdir. Yazıların elektron qaydada işlənməsi və Azərbaycan dilinin normativ qaydalarının qorunması xüsusi əhəmiyyət daşıyır. Yəni hər kəs Azərbaycan Respublikasının qanunlarının tələblərinə əməl etməlidir."

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən