İlham Əliyev prokurorluğa uşaqlarla bağlı yeni səlahiyyətlər VERDİ

 16:20 15.07.2026     485

Azərbaycan Prezidenti İlham Əliyev “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, fərmana əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2-ci hissəsinə aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilib:

“2.9. Prokurorluq orqanı:

2.9.1. Qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edir, dövlət qurumlarına müraciət edir, məhkəmədə iddia qaldırır;

2.9.2. uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirir;

2.9.3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72.2-ci və 116-1.5-ci maddələrinin birinci cümlələrinə uyğun olaraq, uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxır və qanunda nəzərdə tutulmuş tədbirləri görür.”.

Vumart və Güvən reklamı Vumart Güvən