“Peşələr üzrə elektron atlas” informasiya sistemi YARADILACAQ

 14:40 20.07.2026     1557

Azərbaycanda “Peşələr üzrə elektron atlas” informasiya sisteminin yaradılması planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əks olunub.

Bildirilib ki, “Peşələr üzrə elektron atlas”ın məzmunu və strukturu ilə bağlı beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında müvafiq informasiya sisteminin yaradılması nəzərdə tutulub.

Planın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən