""Əkinçi" cəmi 8 səhifə idi, amma bir millətin taleyini dəyişdi" - Bəhruz Quliyev

 11:27 22.07.2026     323

“Dövlətin mediaya münasibəti dostluğa bənzəyir. Elə dövlətlər var ki, mətbuatla ciddi problemlər yaşayır. Azərbaycan mətbuatına dövlət hər zaman diqqət edir. Bu tədbir göstərir ki, vətəndaş cəmiyyətləri arasında münasibətlər sağlamdır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbirdə “Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev bildirdi.

“1875-ci ildə yaranan “Əkinçi” ilə milli özünüdərk başladı. Bu, o dövr üçün böyük nəşr deyildi. Cəmi 8 səhifədən ibarət olub. O dövrdə Çar Rusiyasının ciddi senzurası var idi. Azərbaycanın milli mətbuat anlayışı yaxın buraxılmırdı. Senzura çərçivəsində nəşr olunan “Əkinçi” yalnız maarifçiliyi tərənnüm edirdi. Eyni zamanda kənd təsərrüfatı və mədəniyyət sahəsində böyük işlər görüldü. O dövr üçün insanlar gələcəyə hazırlandı.

“Əkinçi”dən sonra yüzlərlə qəzetin nəşri təmin olundu və maarifçilik ənənəsi başladı. Daha sonra “Ziya”, “Kəşkül”, “Füyuzat”, “Tərəqqi”, “İqbal” və s. qəzetlər çıxdı. “Molla Nəsrəddin” jurnalı o dövrün eybəcərliklərini açıq şəkildə ortaya qoyurdu. Cəlil Məmmədquluzadə bir karikatura ilə bir sözü ifadə edə bilirdi. Xüsusilə o dövrdə nəşrlərin ətrafında birləşənlər Cümhuriyyətin yaradıcıları oldular. “Əkinçi”dən başlayan yol Azərbaycanın gələcəkdə müstəqillik qazanması üçün yol oldu”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən