"Jurnalisti döyüb kağızı ona yedirdilər" - Bəhruz Quliyev

 11:33 22.07.2026     471

“SSRİ 20 Yanvarı törətməklə öz vətəndaşına etdiyi qəddarlığı göstərdi. Ulu öndərimiz buna dözmədi. Ulu öndər Moskvada idi. 21 yanvarda SSRİ rəhbərliyinə bəyanat vermək asan məsələ deyildi. Mətbuatımız o dövrdə boğulmuşdu. Heç yerə səsimiz çatmırdı. Səsi olan bir liderimiz – Heydər Əliyev var idi”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbirdə “Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev səsləndirdi.

“AXC hakimiyyəti dövründə də, Ayaz Mütəllibov dövründə də imperiyanın cəngindən çıxmış mətbuat özümüzün cənginə düşmüşdü. Jurnalistlərə qarşı ciddi təqiblər olurdu. Azərbaycan TV-də efir getdiyi vaxt Daxili İşlər Nazirliyinin fikirləri xoşuma gəlmədiyi üçün efirə hücum edib jurnalisti döymüşdülər. Bir jurnalistə yazısını bəyənmədikləri üçün Azərbaycan Nəşriyyatının qarşısında maşının baqajına basıb aparıb döymüşdülər. Kağızı isə ona yedirdilər. Belə hallarda Azərbaycan mətbuatı yaşadı. Görün nə zülümlər çəkib”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən