"Qələminiz iti, yazılarınız cəmiyyətə işıq olsun" - Mina İbrahimovadan jurnalistlərə
“Azərbaycan mətbuatının əsası 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulub. “Əkinçi” ana dilinin inkişafına xidmət edən ilk milli tribunaya çevrildi”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbirdə MEK-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova qeyd etdi.
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatın inkişafında yeni mərhələ başladı. 1998-ci ildə senzura ləğv edildi. Sonrakı illərdə medianın fəaliyyətini tənzimləyən qanunlar təkmilləşdirildi. Bu siyasət bu gün də cənab Prezident tərəfindən uğurla davam etdirilir.
Xüsusilə postmüharibə dövründə medianın qarşısında mühüm vəzifələr dayanırdı. Haqq səsinin ictimaiyyətə çatdırılmasında media özünü nümayiş etdirdi.
Elmi Kitabxana elmi irsin qorunması, gələcək nəslə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu gün kitabxananın işlərinin cəmiyyətə təqdimatında medianın rolu danılmazdır. Peşəniz böyük peşəkarlıq tələb edir. Qələminiz iti olsun, yazılarınız cəmiyyətə işıq olsun”.
Aytəkin TOFİQQIZI













