“Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbir keçirilib

 14:36 22.07.2026     339

Məlumat verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibətilə “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbir Mərkəzi Elmi Kitabxananın və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə, ərazi partiya təşkilatlarının üzvləri, media nümayəndələri və ictimai xadimlərin iştirakı ilə baş tutub. Əvvəlcə iştirakçılar tədbirdə nümayiş etdirilən və bu günün tarixini əks etdirən kitab sərgisinə baxış keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. MEK-in direktoru Hüseyn Hüseynov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev və  MEK-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova tədbirdə çıxış edib. Çıxış edən nümayəndələr Azərbaycan mətbuatının əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi YAP Yasamal rayonu təşkilatının Fəxri Fərmanı və Təşəkkürnaməsi, həmçinin MEK-in Təşəkkürnaməsi ilə təltif edilib. Daha sonra iştirakçılar Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda nümayiş etdirilən daimi və tematik sərgilərlə tanış olublar.

 

2222222
Vumart və Güvən reklamı Vumart Güvən