Prezidentdən köçkünlərlə bağlı SƏRƏNCAM

 13:28 23.07.2026     1471

Prezident İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Redaktor.az-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 540 (Cild I) 2-ci hissəsində “köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək” sözləri “köçkünlərə başqa yaşayış sahəsi təklif edilənədək” sözləri ilə əvəz edilsin."

 

Vumart və Güvən reklamı Vumart Güvən