İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

 13:37 24.07.2026     328

İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası hazırlanacaq.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. 

Fərmana əsasən, Nazirlər Kabineti icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Vumart və Güvən reklamı Vumart Güvən