"11 ölkənin vətəndaşları hava limanında viza ala bilir" - Vüsal Hüseynov
“2007-ci ildə cənab Prezidentin fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılıb. Gələn il Miqrasiya Xidmətinin 20 illik yubileyi olacaq”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən təlimdə səsləndirib.
Onun sözlərinə görə, hazırda Azərbaycana 17 dövlətin vətəndaşları vizasız gəlir.
“Eyni zamanda, 11 dövlətin vətəndaşları hava limanında yerində viza rəsmiləşdirə bilir. Son bir neçə ayda bəzi ölkələrlə Azərbaycan arasında birtərəfli vizasız rejim tətbiq olunub. Ümumilikdə, şəxs ölkəyə daxil olur, onun məlumatlandırılması aparılır”.
Aytəkin TOFİQQIZI













