"Miqrasiya həm könüllü, həm də məcburi səbəblərdən baş verir" - Vüsal Hüseynov
“Miqrasiya insanların yerdəyişməsi ilə bağlıdır. İldən-ilə bu say artır və bu artım təbiidir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən təlimdə dedi.
“Bu proses həm könüllü, həm də təəssüf ki, məcburi səbəblərdən baş verir. Buna ölkələrdə baş verən ətraf mühit dəyişiklikləri, siyasi proseslər, yoxsulluq və digər mürəkkəb amillər səbəb olur. Miqrasiya dinamikası artdıqca, onun tənzimlənməsi də təkmilləşdirilməlidir”.
Aytəkin TOFİQQIZI













