DMX rəisi ölkəyə ən çox səfər edən 5 ölkəni AÇIQLADI
“2026-cı ilin ilk 6 ayı ərzində ölkəyə 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1.091.865 giriş qeydə alınıb”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Xidmət rəisi ölkəyə ən çox səfər edən vətəndaşların mənsub olduqları ölkələrdən də danışıb:
“Ölkəyə ən çox səfər edən vətəndaşların mənsub olduqları ilk beş ölkə: Rusiya, Türkiyə, Gürcüstan, İran İslam Respublikası və Qazaxıstandır”.
Aytəkin TOFİQQIZI













