DMX-ə 6 ayda daxil olan müraciətlərin SAYI

 11:37 29.07.2026     930

“Cari ilin ilk 6 ayı ərzində Xidmətə müxtəlif istiqamətlər üzrə 420.961 müraciət daxil olub”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən təlimdə dedi. 

“Müraciətlərin 55,8%-i elektron qaydada qəbul edilib. Elektron müraciətlərin 69,8%-i üzrə müraciət müəllifləri müraciətlərinin nəticəsini sistem vasitəsilə real vaxt rejimində əldə ediblər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 149.714 müraciət daxil olub”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən