Azərbaycanda qanunsuz miqrasiya ilə bağlı 4 fakt aşkarlanıb

 11:41 29.07.2026     559

“2026-cı ilin ilk 6 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9.757 qərar qəbul edilib”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən təlimdə dedi. 

“850 əcnəbi ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılıb.

Cari ildə qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilib. Bu daha çox üçüncü ölkəyə keçmək məqsədilə şəxslərin ölkəyə gətirilməsi və ya aldadılması ilə bağlı hallar olur”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən