"Süni intellektin tətbiqi üçün düzgün təhlillər aparılmalıdır" - Vüsal Hüseynov

 12:09 29.07.2026     611

“Süni intelelktin tətbiqi hazırda dövlət orqanlarını və özəl sektorlarını düşünürən məsələlərdən biridir. Hər bir təşkilat iş sürətinin artırılması üçün bu haqda düşünür”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, süni intellektin dövlət qurumlarında istifadəsi üçün düzgün təhlillər aparılmalıdır:

“İşimizdə fərdlərin çoxsaylı məlumatları var. Cənab prezidentin rəqəmsal hökumətə keçid Tədbirlər Planında dövlət orqanlarının üzərinə süni intellektlə bağlı tələblər qoyulub. Biz də bu haqda düşünürük. Hazırda süni intellektin tətbiqi üzərində düşünürük. Risklərin qiymətləndirilməsi, planlama yönümlü məsələlərlə bağlı fəaliyyətlər gedir. Süni intellekt bizə kömək edə bilər ki, nələrə diqqət etməliyik”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən