İlham Əliyev su qurumları ilə bağlı fərmana dəyişiklik ETDİ
Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki qurumların yenidən təşkili ilə bağlı əvvəlki fərmanda dəyişiklik edilməsi barədə sənəd imzalayıb.
Redaktor.az xəbər verir ki, yeni qərara əsasən, yenidən qurulan idarəetmə orqanlarının idarə heyətinin formalaşdırılması qaydaları təkmilləşdirilib.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 2, maddə 119) 3.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3.2-ci yarımbəndə “sədrinin” sözündən sonra “və digər üzvlərinin” sözləri əlavə edilsin.
2. 3.3.3-cü yarımbənd ləğv edilsin",- fərmanda bildirilib.













