"Təhsil müəssisələrinin üzərinə çox böyük iş düşür" - Deputat yenilikdən DANIŞDI

 16:59 30.07.2026     1218

Azərbaycanda “Yayılması qadağan edilən informasiyaya nəzarət” informasiya sistemi yaradılacaq.

Redaktor.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, Nazirlər Kabineti fərmandan irəli gələn addımları atmalıdır:

"Bununla bağlı müəyyən təklifləri prezidentə təqdim etməlidir. Xüsusilə də uşaqların informasiyadan qorunması, yeniyetmələrin müəyyən sağlam bir məcrada yetişdirilməsi və başqa məsələləri əhatə edən mexanizmlər tapılmalıdır. Burada da təhsil müəssisələrinin üzərinə çox böyük iş düşür. Məncə, onlar bu məsələdə daha ciddi şəkildə səfərbər olmalıdırlar", - deyə millət vəkili əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən