Azərbaycanda əhali siyahıya alınacaq - QƏRAR

 17:14 31.07.2026     1331

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb.

Redaktor.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilib.

Vumart və Güvən reklamı Vumart Güvən