Enerji effektivliyi ilə bağlı məlumat bazası YARADILIR

 14:42 03.08.2026     930

Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, həmçinin fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi də Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən