Jurnalistlər üçün yeni gömrük qaydaları hazırlanır - FƏRMAN

 13:41 04.08.2026     745

Media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 7 ay müddətində media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Vumart və Güvən reklamı Vumart Güvən