"Kərkicahan bundan sonra daha da gözəlləşəcək" - Köç edən sakin DANIŞDI

 17:00 14.08.2026     597

Avqustun 14-də Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə növbəti köç həyata keçirilib.

Kərkicahana qayıdan Vüsal Əliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hər şey çox əla və mükəmməldir:

"Ailəmlə birlikdə doğma Kərkicahana qayıtdığımız üçün çox sevincliyik. İllər sonra yenidən öz torpağımızda, doğma yurdumuzda olmaq sözlə ifadə olunmayacaq qədər böyük hissdir. Burada görülən işləri, yaradılan şəraiti görəndə insan qürur hissi keçirir. İnanırıq ki, Kərkicahan bundan sonra daha da gözəlləşəcək və burada həyat əvvəlkindən də yaxşı olacaq. Allah Prezidentimizin canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu torpaqlara qayıtmağımız üçün əməyi olan hər kəsə minnətdarıq".

Müsahibimiz bura qələnə qədər harada qaldıqları və hazırda nə işlə məşğul olduğu haqda da məlumat verdi:

"Bura gələnə qədər Oğuzda qalırdıq, burada isə sürücü işləyirəm".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən