"Azərbaycan dövlətinə və İlham Əliyevə sonsuza qədər minnətdarıq" - Ziyatdin Kassanov

 15:18 21.08.2026     608

"Bu qəşəng bir açılış mərasimini təşkil etdiyimiz üçün ilk öncə biz Azərbaycan dövlətinə borcluyuq”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Ahıska Türkləri İtirilmiş Sürgünün İzində” sərgisinin açılış mərasimində tanınmış Qazaxıstan iş adamı, ictimai xadim və Dünya Ahıska Türkləri Birliyi – DATÜB-nün qurucusu və başqanı Ziyatdin Kassanov bildirdi.

O, Prezident İlham Əliyevə borclu olduğunu bildirdi:

“Azərbaycan xalqına borcluyuq. Bizi hər yerdə, hər zaman dəstəkləyən və bu gün də burada, bu sərgiyə açılışda dəstəkləyən Azərbaycan xalqıdır, Cənab Prezidentdir, Azərbaycan millətidir. Ona görə Azərbaycan millətinə, Azərbaycan xalqına, başta Cənab Prezident İlham Əliyevə Ahıska türkləri adından və bütün Türk dünyası adından sonsuza qədər minnətdarlığımızı, təşəkkürümüzü bildirmək istəyirəm”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən