"Ailələr parçalandı, insanlar yurdlarından uzaq düşdü" - Türkiyə səfiri Ahıska sürgünündən DANIŞDI

 15:24 21.08.2026     624

“Bu gün "Ahıska Türkləri: Sürgünün İzində" sərgisinin Bakıdakı açılış mərasimi ilə sizlərlə bir arada olmaqdan böyük bir mənunluq duyuram.
Bu sərgi yalnız keçmişdə yaşanmış acı bir hadisəni anlatmır. Eyni zamanda bir xalqın hafizəsini, kimliyini, vətən həsrətini və bütün çətinliklərə rəğmən ayaqda qalmaq iradəsini gələcək nəsillərə daşıyır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Ahıska Türkləri İtirilmiş Sürgünün İzində” sərgisinin açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirdi.

O vurğuladı ki, Ahıska türkləri 1944-cü ildə ana yurdlarından qoparılaraq Orta Asiyanın fərqli bölgələrinə sürgün edildilər:

“Minlərlə insan bu çətin yolçuluq sırasında həyatını itirdi, ailələr parçalandı, insanlar evlərindən, yurdlarından uzaq düşdülər. Ancaq Ahıska türkü qardaşlarımız qarşı-qarşıya qaldıqları bütün zorluqlara rəğmən dillərini, mədəniyyətlərini, ənənələrini və mənsubiyyətlərini qorumağı başardılar. Bu baxımdan onların hekayəsi yalnız bir sürgünün deyil, eyni zamanda müqavimətin, həmrəyliyin və güclü bir tarixi hafizənin hekayəsidir. Bu gün burada olmağımız da bu güclü iradənin və həmrəyliyin bir təzahürüdür.
Bu anlamlı sərgi İstanbul və Bakının ardından Ahıska türklərinin sürgününün 82-ci ildönümü olan 14 noyabr 2026-cı il tarixində bu dəfə Ankarada, paytaxtımızda, tarixi Ankara Dəmir Yolu Vağzalında ziyarətçilərlə görüşəcək”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən