“Azərbaycan xalqı deportasiya və yurd həsrətinin acısını yaxşı tanıyır” - Səadət Yusifova

 15:33 21.08.2026     508

“Bugünkü sərgiyə yalnız tarixi hadisələrə həsr olunmuş ekspozisiya deyil, Ahıska türklərinin tarixi, məruz qaldıqları deportasiya, sürgün faciəsi, onların mədəni irsinin və tarixi yaddaşının qorunmasına həsr olunmuş bu sərgi, həm də insan taleyinin, milli yaddaşın, doğma yurda bağlılığın, tarixi ədalətə olan inamın təcəssümüdür”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Ahıska Türkləri İtirilmiş Sürgünün İzində” sərgisinin açılış mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirdi.

O vurğuladı ki, Sərginin ilk dəfə İstanbulda Atatürk Mədəniyyət Mərkəzində təqdim olunması, daha sonra isə Bakıda – Milli Azərbaycan Tarixi Muzeyində nümayiş etdirilməsi onlar üçün büyük mənəvi əhəmiyyət kəsb edir:

“Ahıska türklərinin taleyi XX əsrin ədalətsiz deportasiya və sürgün faciələrindən biridir. 44-cü ilin noyabrında Sovet hakimiyyəti dövründə on minlərlə Ahıska türkünün doğma torpaqlarından deportasiya edildi. İnsanlar bir gecədə öz evlərindən, yurdlarından, tarixi məkanlarından köçürüldülər. Sürgün yolunda və sonrakı illərdə minlərlə insan həyatını itirdi. Ailələr parçalandı, nəsillər yaddaşında silinməz izlər buraxdı.

Bu ağrını Azərbaycan xalqı da yaxşı tanıyır. Azərbaycan xalqı ötən əsrdə dəfələrlə doğma torpaqlarından zorla köçürülmənin, deportasiyanın, etnik təmizləmənin və yurd həsrətinin acısını yaşamışdır. 47-ci ildə daha bir addım atıldı. SSRİ Nazirlər Soveti Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-ə köçürülməsi ilə bağlı qərar qəbul etdi. Bu köçürülmə prosesi minlərlə insanın həyatına son qoydu. Ailələrə, bütün nəsillərə büyük mənəvi və maddi zərbələr endirdi. Yəni biz də köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən