Avtobuslardan yayılan qara tüstü təhlükəsi - Ekoloqdan XƏBƏRDARLIQ

 17:17 01.09.2026     1221

Sərnişin daşıyan avtobus bütün yol boyu qara tüstü buraxaraq hərəkətini davam etdirib. Sakinlərin sözlərinə görə, bu, təkcə həmin avtobusla məhdudlaşmır. Eyni vəziyyətdə olan bir neçə avtobus, hətta minik avtomobilləri də var.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirdi ki, demək olar ki, bu cür avtomobillərin sayı, həm avtobusların, həm yük maşınlarının sayı kifayət qədərdir:

"Məsələn, Azərbaycan avtomobil nəqliyyatı parkı 1,9 milyon ədəd təşkil edir. Onun əsasən yük maşınları və avtobuslarının 85-90 faizi dizellə işləyən avtomobil nəqliyyatı vasitələridir. Təxminən bu, deməli, ikisi bir yerdə 170 min yük avtomobili, 30-31 min avtobus təşkil edir. Bu, təxmini 200 min ədəd edir. Bunların da, deməli, hardasa 60-70 faizi köhnə avtomobillərdir, yəni sovet dövründən qalan avtomobillər təşkil edir. Xüsusilə bu, regionlarda daha çoxdur, şəhərdə də var. Bu avtomobil parkının orta hesabla 45 faizi, yəni demək olar ki, yarı hissəsi, 100 minə yaxını 20 il və daha yuxarı yaş kateqoriyasındadır, yəni bunlar xüsusilə köhnə avtomobillərdir. Həm yük avtomobilləri, həm avtobuslar bu kateqoriyaya daxildir. Eyni zamanda, 20 illə 10 il arasında olan avtomobil nəqliyyatıdırsa, bu da o qədər də böyük deyil, 38-40 faizə qədərdir. Qalanını isə yeni avtomobillər təşkil edir. Yəni görürsünüz ki, bu parkda, yəni dizellə işləyən parkda, avtonəqliyyat vasitələrinin içərisində köhnə avtomobillər həddindən artıq çoxdur.

Ancaq minik avtomobillərində, yəni sərnişin daşınmasında, şəxsi avtomobillərdə bu say o qədər yüksək deyil. Təxminən 10-15 faiz təşkil edir ki, bu da 250-300 min ədəd edir. Ümumi payda dizel avtomobillərin, dizellə işləyən avtomobillərin sayı dörddə bir, yəni 25-30 faizə qədər təşkil edir. Bu avtomobillər, xüsusilə köhnə avtomobillər isə ətraf mühitə daha çox zərər verir. Onların hamının gördüyü tüstüsü, deməli, his hissəcikləridir. Azərbaycanda da buna belə deyirlər. İngilis dilində isə beynəlxalq termin kimi PM-dən istifadə edirlər. “Particulate matter” deyirlər buna. PM 2.5 bu ölçüsüdür, mikronla ölçülür və PM 10. Bunların ətraf mühitə zərəri benzinlə işləyən avtomobillərdən daha çoxdur. Çünki onlar kiçik hissəciklər olduğuna görə uzun müddət asılı vəziyyətdə atmosferdə qalırlar və insan nəfəs alan zaman onları udur. Bu da insanlarda sağlamlıq problemləri yarada bilər".

Ekspert vurğuladı ki, bu tipli avtomobillərin ətraf mühitə, həm insan sağlamlığına, həm canlılara, həm də ağaclara və yaşıllığa təsiri həddindən artıq yüksəkdir:

"Yaşıllıqda bu hissəciklər günəşdən gələn enerjinin qarşısını alır və ağacların qurumasına təsir edir. Xüsusilə yol boyunda olan ağaclara çox ciddi mənfi təsirlər göstərir və təbii ki, qeyd etdiyim kimi, insan sağlamlığına da kifayət qədər ciddi təsir edən nəqliyyat vasitələridir. Təəssüf ki, onları hələ tamamilə istifadədən çıxarmaq mümkün olmayıb. Düzdür, son dövrlərdə Nazirlər Kabinetinin qərarı ilə 10 ildən yuxarı yaşı olan avtomobillərin idxalı dayandırılıb və ona görə müəyyən qədər düşünürəm ki, yaxın bir 10 il ərzində onların təmizlənməsi və daha da azalması baş verəcək. Çünki Avropa ölkələrində dizellə işləyən avtonəqliyyat vasitələrinin istifadədən çıxarılması prosesi başlayıb və bu proses sürətlə davam edir. Yəqin ki, 2030 və daha yuxarı illərdə onların buraxılışı, istehsalı tamamilə dayandırılacaq. Həmin o his hissəcikləri karbon və hidrogen birləşməsindən ibarət olan kiçik hissəciklərdir ki, uzun müddət ərzində atmosferdə qala bilirlər. Asılı vəziyyətdə qala bilirlər və qeyd etdiyim kimi, bunlar da ətraf mühitə çox ciddi mənfi təsir göstərirlər. Xüsusilə insanların və digər canlıların sağlamlığına ciddi təsir edir, nəfəs yolu ilə daxil ola bilirlər, havada və torpaqda uzun müddət qala bilirlər. Bunların parçalanmasının çox gec baş verdiyi nəzərə alındıqda, ətraf mühitə çox ciddi mənfi təsirlər göstərə bilirlər".

View this post on Instagram ">http://

View this post on Instagram

 

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən