Bu dövlət qurumunda xidməti minik avtomobillərinin sayı artırıldı - QƏRAR

 19:25 08.09.2026     502

Dövlət qurumlarından birinin xidməti minik avtomobillərinin sayı artırılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri və onların tabeliyində olan bir sıra qurumlar üçün müəyyən edilmiş xidməti minik avtomobillərinin say həddində dəyişiklik edilib.

Belə ki, müvafiq cədvəlin 6-cı hissəsinin “cəmi” və “aparat üzrə” sütunlarında göstərilən 7 rəqəmi 8 rəqəmi ilə əvəz olunub.

Nəticədə həmin qurum üzrə xidməti minik avtomobillərinin say həddi 1 ədəd artırılıb.

Qərar 8 sentyabr 2026-cı il tarixində imzalanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında xidməti minik avtomobillərinin sayının 7-dən 8-ə artırıldığı 6-cı hissə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatına aiddir. Həmin hissədə 2024-cü il 1 may tarixli qərarla nazirliyin Aparatı üzrə avtomobillərin sayı 5-dən 7-yə çatdırılmışdı.

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən