Minalardan zərərçəkənlərə pulsuz psixoloji yardım göstəriləcək - QƏRAR

 10:35 09.09.2026     573

Minalardan zərərçəkən şəxslərin dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz psixoloji yardımla təmin edilməsi nəzərdə tutulub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”ndə dəyişiklik edilib.

Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmiş şəxslər ödənişsiz psixoloji yardım almaq hüququ əldə ediblər.

Qərara əsasən, minalardan zərərçəkənlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində, yaxud həmin müəssisənin göndərişi əsasında ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

Bununla bağlı “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nə ayrıca müddəa əlavə edilib.

Dəyişiklik “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun icrası ilə əlaqədar qəbul olunub.

Qərar 8 sentyabr 2026-cı il tarixində imzalanıb.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən