Baş nazirdən “Bakı Metropoliteni” ilə bağlı QƏRAR

 00:47 10.09.2026     3614

Nazirlər Kabineti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili ilə əlaqədar iki qərarında dəyişiklik edib.

Redaktor.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərar Prezidentin 2026-cı il 7 may tarixli fərmanının icrasını təmin etmək məqsədi daşıyır.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilib.

Belə ki, siyahının 143-cü hissəsindən “Bakubus” MMC-nin Depo 2-si ilə bağlı qeyd çıxarılıb.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda da dəyişiklik edilib.

Qərara əsasən, həmin təsnifatın 98-ci hissəsi ləğv olunub.

Beləliklə, Nazirlər Kabinetinin qərarı ilə “Bakı Metropoliteni”nin yenidən təşkili ilə bağlı mövcud normativ sənədlərdə buna uyğun hüquqi və inzibati dəyişikliklər aparılıb.

Qeyd edək ki, qərar Prezidentin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili ilə bağlı 7 may 2026-cı il tarixli fərmanının icrası çərçivəsində qəbul edilib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən