SOCAR-ın zavodunda illik istehsal gücü AÇIQLANDI

 11:51 16.09.2026     67

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Etilen-Polietilen zavodunda ildə 187 min ton propilen, 190 min ton etilen və 120 min ton polietilen istehsal olunur.

Redaktor.az xəbər verir ki, bu barədə zavoda təşkil olunan media-turda açıqlanıb.

Qeyd olunub ki, zavodun yüksək təzyiqli polietilen istehsalı üzrə Polimir-120 qurğusunun illik istehsal gücü 120 min ton təşkil edir. 

Müəssisənin enerji təsərrüfatı üzrə isə buxar-elektrik enerjisi istehsalı həyata keçirilir. Bu sahənin məhsuldarlığı saatda 480 ton buxar, elektrik enerjisi üzrə isə 68 MVt təşkil edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən