125 və 72-də kondisioner böhranı: Sərnişinlər havasız salonda tər tökür

 13:21 16.09.2026     88

Paytaxtda "BakuBus" MMC-yə məxsus 125 və 72 nömrəli avtobuslarda kondisionerlərin yandırılmaması sərnişinlərin ciddi narazılığına səbəb olub. Yay mövsümü hələ başa çatmayıb və havaların isti keçməsinə baxmayaraq, sözügedən avtobuslarda kondisionerlər işləmir. Nəticədə avtobusların salonunda isti və havasız mühit yaranır, sərnişinlər yolboyu istidən tər tökürlər.

Sərnişinlər kondisionerin işə salınmasını tələb etdikdə isə sürücülər “kondisioner işləmir, şikayətinizi 141-ə edin” cavabını verirlər. Bu vəziyyət sərnişinlər arasında avtobuslarda kondisionerlərin həqiqətən nasaz olması, yoxsa yanacağa qənaət məqsədilə bilərəkdən işlədilməməsi ilə bağlı suallar yaradıb. Sərnişinlərin sözlərinə görə, havaların isti keçdiyi belə bir vaxtda kondisionerlərin işlədilməməsi avtobusda hərəkəti olduqca narahat edir.

Məsələ ilə bağlı əsas sual isə budur: 125 və 72 nömrəli avtobuslarda kondisionerlər texniki səbəbdən işləmir, yoxsa şirkət yanacağa qənaət etmək üçün onları bilərəkdən işə salmır?

Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq "BakuBus"dan bildirildi ki, şirkətin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib:

"Gün ərzində fasiləsiz və intensiv rejimdə istismar olunan nəqliyyat vasitələrində ayrı-ayrı hallarda texniki nasazlıqların yaranması istisna edilmir. Kondisioner sistemi də daxil olmaqla hər hansı texniki nasazlıq aşkar edildiyi halda sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verir. Müraciət operativ qaydada qiymətləndirilir, marşrut üzrə sərnişindaşımanın fasiləsizliyinin təmin edilməsi məqsədilə isə mövcud vəziyyət və ehtiyat avtobusun mövcudluğu nəzərə alınmaqla nəqliyyat vasitəsinin əvəzlənməsi həyata keçirilir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən