Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib.
Qeyd edək ki, Ülvi Quliyev 15 saylı Yasamal birinci seçki dairəsinin deputatıdır. Sabah onun 60 illik yubileyidir.














