"Ekspres avtobuslar adətən ödənişsiz olur" - AÇIQLAMA
"Metronun fəaliyyətinin qismən dayandırılması və yeni xətlərin ayrılması ilə bağlı proseslərin başlanması, əsaslı və cari təmirlər, "Xətai" metrostansiyasında aparılan təmir işləri və sair məsələlərin hamısı üst-üstə düşərək yeni bir hərəkət dalğası yaradır. Bunun digər bir özəlliyi də ondan ibarətdir ki, nəqliyyat vasitələrinin bu və digər formada rentabelliyinin qorunması, dayanıqlığının saxlanılması və hərəkət təhlükəsizliyinin təmin edilməsi baxımından bunlar labüd elementlərdən ibarət olmalıdır".
Bunu Redaktor.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi.
Onun sözlərinə görə, nəqliyyat vasitələrinin idarə olunması və axınların koordinasiyası zamanı mütləqdir ki, bu və digər formada onlar arasındakı rentabellik də qorunsun.:
"Digər bir səbəb isə nəqliyyat vasitələri arasında düzgün koordinasiyanın qurulması, onlar arasında diaqnostikanın təmin olunması, funksional asılılığın bərpa edilməsi, daha sonra nəqliyyat axınlarının idarə olunması və bu axınlarda funksionallığın artırılmasıdır. Yəni öz-özlüyündə bunların hamısı böyük proseslərdir. Bu proseslərin də başlama səbəbi və mahiyyəti auditoriyaya izah edilməlidir. Bəzən avtobusların ödənişli olması ilə bağlı məsələlər də gündəmə gəlir. Düzdür, ekspres avtobuslar adətən ödənişsiz olur və bu da öz-özlüyündə axınların idarə edilməsinə böyük töhfə verir. Amma Azərbaycanda müvəqqəti işlər görülən zaman belə bir qərar qəbul edildi ki, ödənişsiz olmasın. Bu da öz-özlüyündə sui-istifadə halları ilə əsaslandırıldı. Kiminsə daha çox istifadə edə biləcəyi və yaxud digər istiqamətlərə daha çox gedəcəyi ilə bağlı məlumatlar, sui-istifadə ehtimalları səsləndirildi".
NURİYYƏ













