“Niyə sovet dövründə tariximizi məhz Makedoniyalı İskəndərin dövrünə bağlayırdılar?”

 14:15 21.09.2026     77

“Niyə sovet dövründə bizim tariximizi məhz Makedoniyalı İskəndərin dövrünə bağlayırdılar? Niyə?”

Redaktor.az xəbər verir ki, bunu “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda tarix elmləri doktoru Həsən Həsənov bildirdi.

“1924-cü ildə Moskvada Bartold adında türkşünas alim var idi. Alim olaraq böyük şəxsiyyət idi, ona söz ola bilməz. O, dəvət edildi ki, Azərbaycanın tarixini hazırlasın. O gəldi, mühazirələrdə belə bir formula qoydu ki, XII əsrə qədər müasir Azərbaycan ərazisində türkəsilli əhali yox idi. Farslar idilər. Yəni bizim hamımız, müasir azərbaycanlılar, farsdan dönmə bir xalqıq. Bu, 1924-cü ildə olan idi. 1925-ci ildə Moskvadan daha bir alim göndərildi, Struve familiyasında. O da Azərbaycanın tarixini yazdı və orada qeyd etdi ki, məhz Makedoniyalı İskəndərin imperiyası dağılanda Atropatena yaranıbdır və burada Atropat özü də fars olubdur, torpaq da farsların torpağıdır, əhali də fars əsilli olub və bu möhür vuruldu. 1961-ci ildə Azərbaycanda azərbaycanlılar tərəfindən Azərbaycan tarixi yazıldı. O kitabda yazıldı ki, Səlcuqlara qədər, ya XII əsrə qədər Azərbaycanın əhalisi farsdilli idi və biz fars dilində danışırdıq”, - deyə o qeyd etdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən