"Albanın nə varisi varsa, hamısı bizimdir" – Həsən Həsənovdan ermənilərə SƏRT CAVAB

 14:23 21.09.2026     86

“Bu gün ermənilər deyəndə ki, Albanın nə varisi varsa, hamısı bizimdir. Siz bilməlisiniz ki, bu, boş söhbətdir”.

Redaktor.az xəbər verir ki, bu sözləri “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda tarix elmləri doktoru Həsən Həsənov bildirdi

O qeyd etdi ki, Davud Axundov adında memarlıq üzrə görkəmli alimimiz var:

“Davud Axundov bütün alban məbədlərini, xristian məbədləri demirəm, bütün alban məbədlərini, xristian kilsələri də, tanrıçı məbədlər də daxil olmaqla tədqiq edibdir. O sübut eləyibdir ki, Albaniyanın ərazisində 100 faiz qurulanların hamısı sırf alban sivilizasiyasının məhsuludur. Bir çox hallarda hətta sübut eləyib ki, türk elementləri ilə bağlıdır”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən