"Ermənilərin danışdığı alban sözünün özü türkəsilli sözdür, “pəhləvan” deməkdir" - Tarixçi alim

 14:39 21.09.2026     105

“Sağ olsun, prezident bizi qalib eləyibdir. Amma o qalibiyyəti gərək biz informasiya nöqteyi-nəzərindən də fundamental möhkəmlədək”.

Redaktor.az xəbər verir ki, bunu “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda tarix elmləri doktoru Həsən Həsənov dedi.

O vurğuladı ki, bugünkü görüşümüzün də məqsədi odur:

“Nə qədər siz milli olmasanız, o qədər biz bu məsələni gücləndirə bilməyəcəyik.

Ermənilərin danışdığı alban sözünün özü türkəsilli sözdür, “pəhləvan” deməkdir. Alban adlı xalq ancaq qədim dövrdən indiyənə qədər, bu günə qədər ancaq türk xalqlarının tərkibində var. Yəni bir tayfası, bir qolu Çində yaşayır, uyğurların yanında. O biri qolu Qazaxıstanda yaşayır. Dil nöqteyi-nəzərindən də dedim ki, Albaniya monopol şəkildə xristian dövləti olmayıbdır. Bunu mütləq bilməlisiniz.

Ermənilər alban varisliyi deyəndə ancaq xristianlığı nəzərdə tuturlar. Sındırmalıyıq onların bu mövqeyini ki, bütün Albaniya təpədən-dırnağa xristian deyildilər. Ancaq xristian olsaydı, islamlaşmazdılar. Ermənilər, gürcülər necə davam elədilər, davam edərdilər”.

NURİYYƏ
 

Vumart və Güvən reklamı Vumart Güvən