“Bu, 100 faiz yalandır” – Ermənilərin alban konsepsiyasına ETİRAZ

 14:44 21.09.2026     89

“Ermənilərin konsepsiyası belədir ki, Albanlar ərazisi Kür çayından Qafqaz dağlarına qədərdir”.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda tarix elmləri doktoru Həsən Həsənov bildirdi.

"Onlar deyirlər ki, Kür-Araz, Çayarası ərazi albanların deyildi, bu, Ermənistan ərazisi idi. Onlar belə qələmə verirlər indi. Bu isə 100 faiz yalandır. Onların əsas möhtəşəm tarixçisi Movses Xorenasidir. O deyir ki, Albaniyanın sərhədləri ərazini əhatə edir: şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə də aşağısı İrəvandan da bir az o yana. Müasir İrəvandan da bir az o yana. Özləri deyirlər bunu. Amma biz bilirikmi bunu? Yox. Çünki, bizim gənclər oxumur. Maraqlı deyil onlara. Bu mövzuda ciddi araşdırmalar aparılmalıdır”, - deyə tarixçi alim vurğuladı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən