BNA-nın keçmiş mətbuat katibi də dilə gəldi: "1 saat 40 dəqiqədir hərəkətsiz qalmışıq"
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin keçmiş rəhbəri Mayis Ağayev paytaxt yollarındakı acınacaqlı vəziyyətdən və uzun çəkən tıxaclardan narazılığını bildirib.
Redaktor.az xbər verir ki, M.Ağayev feysbuk paylaşımda yolların bağlanması ilə sıxlığın yaranması arasındakı məntiqə diqqət çəkərək aidiyyəti qurumları irad hədəfinə alıb:
"Tıxacın qarşısını almaq üçün yol bağlanır, yoxsa yolun bağlanması tıxac yaradır? 1 saat 40 dəqiqədir Mikayıl Əliyev dairəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkətsiz dayanmışıq.
Maraqlıdır ki, vaxtilə nəqliyyat məsələləri və yollardakı problemlərlə bağlı ictimaiyyətin çoxsaylı suallarını cavabsız qoyan və ya rəsmi açıqlamalarla kifayətlənən keçmiş mətbuat xidmətinin rəhbəri bu dəfə özü sıxlığın qurbanına çevrilərək narazılığını dilə gətirib.
Aminə ŞAHSUVARQIZI















