Göyçə gölü xəritə, sənəd və mənbələrdə

 18:02 23.09.2026     76

Prezident İlham Əliyev 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib: "Təkcə 20-ci əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb".

Giriş. Göyçə gölü və toponiminin xəritə, sənəd və mənbələr əsasında tədqiqinin aktuallığı və əhəmiyyəti: Ölkə  başçısının xüsusilə Göyçə gölü ilə bağlı söylədiyi fikirləri xəritələrlə yanaşı, bir çox xarici ölkələrin qədim dövrlərə aid mötəbər mənbələri də təsdiqləyir. Cənab Prezident İlham Əliyevin haqqında dəyərli fikirlər səsləndirdiyi İrəvan xanlığının ərazisində yerləşən Göyçə mahalı və gölü azərbaycanlılar üçün yalnız coğrafi məkan deyil, həm də mənəvi və mədəni yaddaşın bir hissəsidir. Göyçə gölü və toponimi ilə bağlı Azərbaycan elm adamları və tədqiqatçıları tərəfindən elimi-tədqiqat işləri aparılmayıb və bu mövzuda Azərbaycanda hər hansı elmi, tarixi və coğrafi əsər yayımlanmayıb. Bu baxımdan Göyçə gölü və toponiminin tədqiqat mövzusu kimi araşdırılması Azərbaycan elmi və tarixşünaslığı baxımından mühüm əhəmiyyət kəsb edir.

İrəvan xanlığının Rusiya tərəfindən işğalının etnik nisbət və toponimik xəritəyə təsiri: XIX əsrdə İrəvan xanlığının Rusiya tərəfindən işğal edilməsi, bölgənin rus idarəçiliyinə keçməsi, İran və Türkiyənin Şərqi Anadolu ərazisindən ermənilərin Qərbi Azərbaycana köçürülməsi yeni etnik nisbət, yeni toponimik xəritə yaratdı. Rusiya imperiyasının Qafqazda apardığı inzibati islahatları fürsətə çevirən ermənilər tərəfindən azərbaycanlılara aid toponimlərlə yanaşı, hidronimləri də, dəyişdirməyə başlaması, yeni rəsmi sənədlərdə, xəritələrdə və elmi nəşrlərdə Göyçə gölünün  adının “Sevan” kimi təsbit olunması ilə nəticələndi. Göyçə gölü  toponimi inzibati qərarla arxa plana keçirildi. Ermənistan hökuməti sovet hakimiyyətinin regionun milli etnik və tarixi adlarını “sovetləşdirmə” və “yerli dillərə uyğunlaşdırma” siyasəti yürütməyə başlamasından istifadə edib,1930-cu ildə Göyçə gölünün adını dəyişdirib Sevan qoydu. Bu baxımdan “Sevan”  siyasi və inzibati, “Göyçə” isə tarixi və mənəvi addır.

Göyçə toponiminin elmi və dilçilik baxımından izahı və etimologiyası: “Göyçə” adı “göy” və “-çə” kiçiltmə və ya yer bildirən şəkilçi birləşməsindən yaranıb. Göy” sözü mavi, açıq rəng mənasını, “-çə” şəkilçisi isə kiçildici və məkan bildirici funksiyanı daşıyır. “Göyçə” ifadəsi “mavi su”, “göyü andıran göl”, göyü andıran dərinlik”  mənasını verir. Etimologiya baxımından Göyçə sözündə əsas söz “göy” kök morfemi gölün suyunun dumduru, təmiz olması mənasında dərk edilir.  Göyçə gölü toponimi keçdiyi tarixi proseslərdə məna və mahiyyətini qoruyub saxlayıb.

Göyçə mahalının adı hidronimdir və Göyçə gölünün adından götürülüb. Qərbi Azərbaycanın tarixi yanaşı toponimləri də, çətin tarixi dövrdən keçib. Göy-çay/Göycə/Göyçə toponimi tarixi proseslərdən keçməsi nəticəsində mürəkkəb söz olan Göyçay morfeminin ikinci komponenti “çay” sözünün “-çə” şəklinə qısaldılmış, şəkilçiləşmiş formasına düşməsi yaxud da, son samitin ixtisar olunması nəticəsində yaranmış törəmə söz olan Göyçə kök morfemi əmələ gəlmişdir.

“Sevan” toponimin yaranmasının tarixi və siyasi-ideoloji səbəbləri: Göyçə gölünün şimal qərb hissəsində sahilə 1 kilometr  məsafədə yerləşən adada IV əsrdə albanlar tərəfindən böyük qara rəngli qaya daşları və qara tuf daşla tikilmiş məbəd yerləşirdi. Sahildən 63,5 metr hündürlükdə yerləşən adanın uzunluğu 850, eni 300 metr olub. Məbəd Sevvank (Qara məbəd) adını tikildiyi daşların rəngindən almışdı.   

XV əsrdə əhalisi əsasən azərbaycanlılardan ibarət olan Qərbi Azərbaycanda çox az sayda erməni yaşayırdı. Qaraqoyunlu dövləti dövründə (1410-1468) humanistlik nümayiş etdirən Cahan şahın (1436-1467) razılığı ilə 1441-ci ildə erməni-qriqorian kilsəsinin mərkəzi Kilikiyadan (indiki Livan ərazisi) İrəvandan 20 kilometrlik məsafədə yerləşən Üçkilsə kəndinə (“Eçmiədzin” yəni “üç müədzin”) köçürüldü. 1441-ci ildə bütün ermənilərin ali patriarxı və katolikosunun taxtının köçürüldüyü kilsə də alban kilsəsi idi. Bu hadisədən sonra erməni kilsəsi daha da fəallaşdı və ərazinin erməniləşdirilməsi prosesinə rəhbərlik etməyə başladı. Qaraqoyunlu dövlətinin humanistliklə yanaşı vergi ödəyicilərinin sayının artması ilə bağlı qəbul etdiyi qərar, Qərbi Azərbaycanın taleyində mühüm dəyişikliklərə gətirib çıxardı. Qərbi Azərbaycan ermənilər üçün ideoloji mərkəz mövqeyi qazandı. Erməni kilsəsinin siyasi-ideoloji fəaliyyətinin nəticəsi olaraq;

•    Kənar dövlətlər İran və Türkiyədən ermənilərin əraziyə axın etməsi nəticəsində azərbaycanlıların hakim olduğu torpaqlarda ermənilərin sayı artdı, raziyə gələn ermənilər münbit torpaqlara sahib oldu, əkinçilik, sənətkarlıq, barama və ipək parça bazarını ələ keçirdi.

•    Erməni kilsəsinə pulsuz pay torpaqlarının  verilməsi ermənilərin mövqelərinin güclənməsinə səbəb oldu. Bu siyasət ermənilərin Qərbi Azərbaycana köçürülməsinin yeni mərhələsinin başlamasının əsasını qoyub, onların bu torpaqlarda dövlət qurmaq planlarına yol açdı.

Erməni kilsəsinin siyasi-ideoloji fəaliyyətinin nəticəsi olaraq XVII əsrin sonundan  etibarən erməni dini mətnlərində “Sev Vank” – yəni “Qara məbəd” ifadəsi meydana çıxması, sonrakı dövrlərdə Göyçə toponiminin Sevan adı ilə əvəz olunması ilə nəticələndi. XVII-XVIII əsr dini mərkəzlərin təsiri ilə Sevan toponimi yarandı. XIX–XX əsrlərdə isə inzibati qərarlarla rəsmi səviyyəyə qaldırıldı.
Sevan/Sevvank toponiminin elmi və dilçilik baxımından izahı və etimologiyası: “Sevan” toponiminin Ermənistan mənbələrində “SevVank” – yəni “Qara məbəd” ifadəsindən törədiyi bildirilir. Erməni dilində  “Sev” qara, Vank məbəd mənasını verir. Çar Rusiyasının dövrü mənbələrində Sevanq sözünün sonuna sərt vurğu işarəsi qoyulub və tələffüzü və oxunuşu “Sevank”dır. SSRİ dövründə “Sevvank” adındakı “vank” ifadəsi kilsə mənasında işləndiyi və sovetləşmə siyasətinə uyğun olmadığı üçün, toponimin adının dini mənasını dəyişdirmək məqsədilə “v” hərfindən biri və sondakı ”k” hərfi ixtisara salınaraq “Sevan” toponimi yaradılıb.

“Sevan” Urartu dilində "Suina" sözündən gəlir Urartu dilindən erməni dilinə keçmiş seu “su” və erməni dilindəki sov “göl” sözlərindən əmələ gələn "sular ya da göllər ölkəsi" mənasını verən Sevan qoyublar. Lakin, Urartu yazıları gölün adını deyil, onu urartuca “tsui” kimi tələffüz olunan sui “göl” sözü ilə qeyd etmişdir. Qeyd olunun mənbələr, erməni dilində Sevan toponiminin hər hansı məna ifadə etmədiyini və qədim erməni mənbələrində ümumiyyətlə Sevan adına rast gəlinmədiyini təsdiq edir.

Tarixşünaslıqda Alban dövrünə aid mötəbər mənbə hesab olunan Alban tarixçisi Moisey Kalankatuklunun II-X əsrləri əhatə edən "Albaniya tarixi" əsərində Göyçə gölü adı qeyd edilib. Müəllif yazır: “İberiya hökmdarı Artaşes paytaxtında Alban ordularını yanına dəvət edir, onlarla Göyçə gölünün sahilinə gəlir və onların köməyi ilə Yervandı qovub, Ərməniyyəni işğal edir”.

Qədim dövr Azərbaycan mənbələrində “Göyçə gölü” və “Göycə dənizi” kimi  qeyd olunub, strateji, mədəni-mənəvi dəyəri və iqtisadi əhəmiyyətli bölgə və hidronim kimi əksini tapıb: XVI–XVII əsrlərdə İrəvan vilayəti və Göyçə mahalı Səfəvi idarəçiliyinə daxil idi və göl həm strateji, həm də mədəni əhəmiyyətə malik bölgə sayılırdı. İskəndər bəy Münşi “Tarix-i Alemara-yi Abbasi” əsərində Göyçə gölündən “İrəvan ətrafındakı böyük göl” kimi bəhs edir. Əsərdə qeyd olunur ki, bu göl “yayda sərin, qışda donuq, lakin ətrafı bağlarla, kəndlərlə bəzənmiş gözəl yerdir” İsgəndər bəy Münşi Türkmanın “Tarixe-aləmaraye-Abbasi” əsərində gölün adı “Göycə dənizi” və ya “Göyçə Təngiz” kimi əks olunub.  Səfəvi dövrü Anonim müəllifi “Tarix-i aləmara-yi Səfəvi” əsərində də bu gölün adını “Göyçə dəryası” adlandırıb yazır: “İsmayıl Səfəvi Ərdəbildən “Göyçə dəryası kənarına getmək, oradan isə Şərqi Anadoluya keçmək fikrində idi”.  

Türkiyə mənbələrində X əsrdən etibarən Göyçə gölü, İrəvan vilayətində yerləşən “böyük və mavi göl”, “strateji nöqtə” kimi təsvir olunaraq “Göyçə gölü” şəklində sabitlənib və XVII əsr Osmanlı xəritələrində  “Göyçə gölü” kimi rəsmiləşib. XI əsrdən etibarən Qafqazın cənubuna gələn Səlcuqlular bölgənin etnik mənzərəsini tam dəyişdirdi. Bu dövrdən etibarən  Səlcuqlu idarəçiliyi dövründə 982-983-cü illərdə farsca yazılmış 39 səhifəlik “Hudud əl-ʿAləm” (Dünyanın sərhədələri) adlı kitabda Göyçə gölü İrəvan vilayətində yerləşən “böyük və mavi göl” kimi təsvir olunur. Faruk Sümerin “Azərbaycanın Türkləşməsi Tarixinə Ümumi Bir Baxış” adlı əsərində Göyçə gölü “Göyçə” kimi yazılıb. Türkiyədə yayımlanan “Kitabi Dədə Qorqud” dastanında Göyçə gölü haqqında; ““Uşun qocanın oğlu Əgrək Şərukun ucundan Göyçə dənizinə təkin el çarpmış, yolunun bir qismini Əlincə qalasında keçirmişdi” ifadəsi yer alıb. Ümumuyyətlə müxtəlif illərdə çap olunan “Kitabi Dədə Qorqud” dastanında Göyçə gölünün adı “Gökcə dəniz” formasında qeyd olunub. “Kitabi-Dədə Qorqud” eposunda Göyçə gölünün də, Göyçə mahalının da, Qərbi Azərbaycanın digər bölgələrinin də obrazları cızılıb.   

Tarixi mənbədə “Cəlairilər dövründə XIV əsrin ikinci yarısında qaraqoyunlular Mosuldan Ərzuruma qədər uzanan Monqol-Sutaylı torpaqlarını ələ keçirdikdən sonra onlar da, Azərbaycana daxil olmağa çalışırdılar. Əsrin sonlarına doğru Xoy, Naxçıvan və Gökçə/Göyçə gölünün cənub hissəsini nəzarətə götürmüş, hətta zaman-zaman Təbrizə belə girmişdilər. Lakin Teymurun gəlişi onların bu ölkəyə hakim olmaq arzusunu  bir qədər ləngitdi” yazılıb.

Osmanlı dövrünə aid mənbələrində, Həsən Bəy Rumlunun 1404-1578-ci illərin hadisələri haqqında yazdığı “Əhsənüt-Təvarix” (Tarixlərin ən yaxşısı) tarixi salnamədə “Göyçə Gölü” ifadəsi işlədilir. Osmanlı-Səfəvi müharibələri zamanı bu bölgə strateji nöqtə kimi qeyd olunur.   Bu dövrdən etibarən Osmanlı dövrü xəritələrində Göyçə gölü rəsmiləşdi. 

İran mənbələrində 1340-cı ildən etibarən Göyçə gölü və ətraf ərazi, Göyçə mahalı kimi siyasi-inzibati vahid halına gəlmişdi. Qacar tarixçisi və coğrafiyaşünası Həmdullah Mustovfi Qəzvini 1340-cı ildə tamamladığı “Nüzhət əl-qulub” əsərində İrəvan vilayətində yerləşən “böyük və mavi göl” kimi təsvir edib və Göyçə  gölü adı ilə qeyd edib. Sonrakı fars mənbələrində bu təsvir artıq “Göyçə gölü” şəklində rəsmiləşib.

Ərəb mənbələrində: Bağdad şəhərində boya-başa çatıb təhsil alan və ərəb dilində kitablar yazan yunan əsilli məşhur səyyah və yazıçı  Yaqut əl-Həməvinin 1224-1228-ci illərdə yazdığı “Muʿcemü’l-büldan” adlı ensiklopedik əsərində Göyçə gölündən  “İrəvan yaxınlığında “Gökçə adlı böyük və sərin sulu göl” deyə bəhs edib. VII–IX əsrlərdə ərəblərin Qafqaz yürüşləri zamanı tərtib olunan coğrafi təsvirlərdə Göyçə gölü “Bəhru’l-Gökçə ” (cazibəli şirin sulu göl) kimi qeyd olunur. 

Rusiya mənbələrində: Çar Rusiyasına aid tarixi sənədlər və mənbələrdə Göy-çay/Göyçə gölü kimi qeyd olunub. Göllə bağlı ən fundamental tədqiqatı 1894-1895-ci illərdə rus alim E.S Markov aparıb. Tədqiqatın nəticələri 1911-ci ildə Peterburqda “Ozero Qokça/Göyçə gölü” adlı kitabda nəşr edilib. Kitab, Göyçə gölünün fiziki coğrafiyasının tədqiqinə həsr edilib. Kitabın sonuna Göyçə gölünün geoloji xəritəsini  əlavə edib. Əlavə etdiyi xəritədə (Xəritə 1. sənədin sonunda əlavədə) gölün ətrafı və digər ərazi adları Azərbaycan mənşəli toponimlərdən ibarətdir. E.SMarkov əsərində Göyçə gölünü “Göyçə” kimi təqdim edib. Azərbaycanlıların gölü “Göyçə dənizi” adlandırdığını yazıb”.
 
Digər ikinci əsər Rus tədqiqatçısı, səyyah A.A.İvanovski 1893-1896-cı illərdə Göyçə gölü ətrafında apardığı arxeoloji qazıntıların nəticələrini təqdim etdiyi “Qafqazın arxeologiyasına dair materiallar” adlı əsər Göyçə gölü haqqında geniş məqalə ilə başlayır və əsərin sonunda yer alan xəritədə (Xəritə 2. sənədin sonunda əlavədə) ərazi, yer adları, hidronimlər və digər toponimlərin əksəriyyəti Azərbaycan adları ilə verilib. A.A.İvanovskinin tədqiqatında “Göyçə” toponimindən istifadə olunub.   

Hər iki tədqiqatçı E.S.Markov və A.A.İvanovski əsərində “Göy-çay” topnimindən də, istifadə edib. Göy-çay toponimi tarixi proseslərdən keçməsi nəticəsində mürəkkəb söz olan Göy-çay morfeminin ikinci komponenti “çay” sözünün “çə” şəklinə qısaldılmış, şəkilçiləşmiş formasına düşməsi yaxud da son samitin ixtisar olunması nəticəsində yaranmış törəmə söz olan Göyçə kök morfemi əmələ gəlmişdir.

Gölün relyefi, coğrafi və fiziki quruluşu haqqında tədqiqat aparan Rus elm adamı M.F.Mitte 1891-ci ildə yayımlanan məqaləsində Göyçə gölünün relyefi haqqında yazdığı məqalədə gölün ən dərin yerinin 128 metr olduğunu yazıb və adını Göyçə gölü qeyd edib Eyni mövzuda ərazidə tədqiqat aparan M.Landeman tədqiqatında gölün orta hissəsinə yaxın yerlərdə dərinliyin 95m, 84,5m və 71 metr olduğunu yazıb və məqaləsində Göyçə gölü toponimindən istifadə edib. 1894-1896-cı illərdə Gölün iqlimi və aylara görə temperaturunu müəyyən edilməsi istiqamətində tədqiqat aparan A.V.Zolatereva, suyun kimyəvi tərkibini araşdıran rus professor İ.Tule (İ.Thoulet) da tədqiqat apardığı yerin Göyçə gölü olduğunu yazıb. M.Qulelaminin 1888-ci ildə yazdığı “Gökçə gölündə balıqçılıq istehsalı” haqqında məqaləsində “Göyçə” adını qeyd edib Rus alim “V.İ.Massalskiy Göyçə/Brockhaus və Efron Ensiklopedik Lüğət”ində verdiyi məlumata əsasən, “Göyçə gölünün hövzəsinin sahəsi 4177 kv.m-dir ki, bunun da 1224 kv.m-dən bir qədər çoxu gölün payına düşür. Göyçə gölünün şimal-qərb küncündən gölün yeganə mənbəyi olan Zəngi çayı axır və soldan Araz çayına tökülür”.

Amerika mənbələrində: 1856-cı ildə tərtib edilmiş Amerika xəritəsində (Xəritə 3. sənədin sonunda əlavədə) gölün adı Goukcha/Göyçə kimi yazılıb.  

Gürcü mənbələrində: Gürcü mənbələrində isə “Göyçə” adı özünəməxsus fonetik variantlarla qorunub. XII–XIII əsrlərdə tərtib olunmuş Kartlis Tskhovreba  qədim dövr salnamələrində “Gekcha tba” və “Gechi”  formaları işlədilir. Xüsusilə Kraliça Tamarın yürüşlərinə dair hissədə “Gekcha gölünün yaxınlığında” baş verən döyüşlərdən bəhs olunur. Burada açıq şəkildə görünür ki, “Gekcha” forması sadəcə gürcü dilində türk “Göyçə” adının fonetik uyğunlaşdırmasıdır. Tarixi faktlar Göyçə toponiminin erməniləşdirmə və tarixi saxtalaşdırma siyasəti çərçivəsində Sevan adı ilə dəyişdirildiyini təsdiqləyir. 

 Nəticə

İrəvan xanlığının ərazisində yerləşən Göyçə mahalı və gölü azərbaycanlılar üçün yalnız coğrafi məkan deyil, həm də mənəvi və mədəni yaddaşın bir hissəsidir. XIX əsrdə İrəvan xanlığının Rusiya tərəfindən işğal edilməsi, bölgənin rus idarəçiliyinə keçməsi, İran və Türkiyənin Şərqi Anadolu ərazisindən ermənilərin Qərbi Azərbaycana köçürülməsi yeni etnik nisbət, yeni toponimik xəritə yaratdı. Rusiya imperiyasının Qafqazda apardığı inzibati islahatları fürsətə çevirən ermənilər tərəfindən azərbaycanlılara aid toponimlərlə yanaşı, hidronimləri də, dəyişdirməyə başlaması, yeni rəsmi sənədlərdə, xəritələrdə və elmi nəşrlərdə Göyçə gölünün  adının “Sevan” kimi təsbit olunması ilə nəticələndi. 

“Göyçə” adı “göy” və “-çə” kiçiltmə və ya yer bildirən şəkilçi birləşməsindən yaranıb. Göy” sözü mavi, açıq rəng mənasını, “-çə” şəkilçisi isə kiçildici və məkan bildirici funksiyanı daşıyır. “Göyçə” ifadəsi “mavi su”, “göyü andıran göl”, göyü andıran dərinlik” mənasını verir. Etimologiya baxımından Göyçə sözündə əsas söz “göy” kök morfemi gölün suyunun dumduru, təmiz olması mənasında dərk edilir. Göyçə gölü toponimi keçdiyi tarixi proseslərdə məna və mahiyyətini qoruyub saxlayıb.

Erməni kilsəsinin siyasi-ideoloji fəaliyyətinin nəticəsi olaraq XVII əsrin sonundan  etibarən erməni dini mətnlərində “Sev Vank” – yəni “Qara məbəd” ifadəsi meydana çıxması, sonrakı dövrlərdə Göyçə toponiminin Sevan adı ilə əvəz olunması ilə nəticələndi. Sevan toponimi XVII-XVIII əsr dini  mərkəzlərin təsiri ilə XVII-XVIII əsr dini mərkəzlərin təsiri ilə Sevan toponimi yarandı. XIX–XX əsrlərdə isə inzibati qərarlarla rəsmi səviyyəyə qaldırıldı.

“Sevan” toponimi” Urartu dilində "Suina" sözündən gəlir Urartu dilindən erməni dilinə keçmiş seu “su” və erməni dilindəki sov “göl” sözlərindən  əmələ gələn "sular ya da göllər ölkəsi" mənasını verir. Erməni dilində Sevan toponimi hər hansı məna ifadə etmir və qədim erməni mənbələrində ümumiyyətlə Sevan adına rast gəlinmir.

Tarixşünaslıqda Alban dövrünə aid mötəbər mənbə hesab olunan Alban "Albaniya tarixi" əsərində Göyçə gölü, Qədim dövr Azərbaycan mənbələrində “Göyçə gölü” və “Göycə dənizi”, Türkiyə mənbələrində X əsrdən etibarən “böyük və mavi göl”, “strateji nöqtə” , “Göyçə gölü”, İran mənbələrində 1340-cı ildən etibarən Göyçə gölü və mahalı siyasi-inzibati vahid kimi, 1224-1228-ci illərə aid Ərəb mənbələrində “İrəvan yaxınlığında “Göyçə adlı böyük və sərin sulu göl”, VII–IX əsrlərdə “Bəhru’l-Gökçə” (cazibəli şirin sulu göl), Çar dövrü və 1930-cu ilə qədər olan Rusiya mənbələrində yer alan tarixi nəşrlər, sənədlər və xəritələrdə Göy-çay/Göyçə gölü, “Göyçə dənizi”, Amerika mənbələrində: 1856-cı ildə tərtib edilmiş Amerika xəritəsində gölün adı Goukcha/Göyçə, XII-XIII əsr Gürcü mənbələrində “Gekcha tba”/Göyçə gölü və “Gechi”/Göyçə toponimlərindən istifadə edilib. 
                                                                                 
 Xəritə 1. 

    
Xəritə 2.

 
Xəritə 3. 

Əfqan Vəliyev,
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsində mütəxəssis        

Vumart və Güvən reklamı Vumart Güvən